Xəbər verdiyimiz kimi "Haqqin.az" saytının baş redaktoru vəzifəsinə tanınmış jurnalist, "Caliber.az" saytının baş redaktoru Teymur Hüseynov gətirilib.
Artıq "Caliber"in kollektivi ilə rəsmən vidalaşan Teymur Hüseynov yeni rəhbər təyin olunduğu "Haqqin.az" komandasına təqdim edilib və rəsmən fəaliyyətə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, qeyd edək ki, bu təyinata qədər yerli mediada saytın təsisçisi Eynulla Fətullayevin media qurumunu satdığı və Azərbaycandan getdiyi ilə bağlı müxtəlif məlumatlar yayılmışdı.
Yayılan söz-söhbətlərə son qoyan Eynulla Fətullayev özünün sosial şəbəkə hesabında paylaşım edərək xəbərləri qismən təsdiqləyib və “Haqqın.az” MMC-dəki bütöv payını rəsmən satdığını bəyan edib.
Jurnalist bu qərarının pərdəarxası səbəbləri və gələcək peşəkar planları barədə yaxın günlərdə ictimaiyyətə əlavə olaraq geniş açıqlama verəcəyini vurğulayıb.
Qeyd edək ki, "Haqqin.az" saytının baş redaktoru vəzifəsinə tanınmış jurnalist, "Caliber.az" saytının baş redaktoru Teymur Hüseynov gətirildiyi ilə bağlı ilk xəbəri manset.az saytı yayımlamışdı.
Sara,
NOCOMMENT.az











