Fərid Osmanov müşavir təyin edildi

Fərid Osmanov müşavir təyin edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “APA-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edək ki, Fərid Osmanov 2005-ci ildən Azərbaycan Mərkəzi Bankında çalışıb.

2020-ci ildən isə AMB-nin baş direktoru kimi fəaliyyətini davam etdirib.

Xatırladaq ki, F Osmanov bir neçə gün öncə Mərkəzi Bankdakı vəzifəsindən ayrılıb.