Rusiyada ŞOK qadağa - Bunu da etdilər

Rusiyada ŞOK qadağa - Bunu da etdilər

Rusiyada internet platformalarında benzin və digər yanacaq növlərinin satışı ilə bağlı elanların yerləşdirilməsinə məhdudiyyətlər tətbiq edilib.

NOCOMMENT.az xəbər verir ki, artıq "Avito", "Ozon" və "Wildberries" kimi məşhur elektron ticarət platformalarında yanacaq satışı elanlarının dərc olunması qadağan olunub.

Məlumata görə, "Avito" platforması mövcud benzin satışı elanlarını müvəqqəti olaraq gizlədib və hazırda saytın kateqoriyalar bölməsində yeni qaydaların tətbiqi ilə bağlı texniki düzəlişlər aparılır. "Ozon" və "Wildberries"də isə yanacaq satışı tamamilə qadağan edilib; bu tipli elanlar artıq moderatorlar tərəfindən yoxlanılma mərhələsində dərhal bloklanır.