Güclü zəlzələ oldu - Bu ölkədə

Güclü zəlzələ oldu - Bu ölkədə

Papua-Yeni Qvineyada 6.4 maqnitudalı zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Lorenqau şəhərindən 191 kilometr cənub-şərq istiqamətində yerləşib.

Yeraltı təkanlar təxminən 10 kilometr dərinlikdə baş verib.

İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.