İsrail Əhmədinejadı İranda hakimiyyət dəyişikliyi üçün hazırlayırmış - ŞOK SİRR üzə çıxdı

İsrail Əhmədinejadı İranda hakimiyyət dəyişikliyi üçün hazırlayırmış - ŞOK SİRR üzə çıxdı

"The New York Times" (NYT) nəşri İsrail kəşfiyyatı ilə bağlı sensasion bir araşdırma dərc edib. Nəşrin mənbələrə istinadən yaydığı məlumata görə, İsrail illərdir İranın keçmiş prezidenti Mahmud Əhmədinejadı potensial "kəşfiyyat aktivi" kimi saxlayıb və onu gələcəkdə hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə İrana rəhbərlik edə biləcək fiqur kimi hazırlayırmış.

NOCOMMENT.az xəbər verir ki, məqalədə İsrail kəşfiyyatı ilə Əhmədinejad arasında gizli əlaqələrin uzun müddət davam etdiyi iddia olunur. Görüşlərin keçirilməsi üçün Budapeşt kimi şəhərlərdə elmi və iqlim konfransları örtük kimi istifadə edilib. Hətta 2024-cü ildə "Mossad"ın o zamankı rəhbəri David Barneanın keçmiş İran prezidenti ilə şəxsən görüşdüyü, İsrailin onun xarici səfərlərini və yaşayış xərclərini maliyyələşdirdiyi bildirilir.

NYT-nin iddiasına görə, son müharibə dövründə "Mossad" əməkdaşları Əhmədinejadı Tehrandakı iqamətgahından çıxararaq "təhlükəsiz yerə" yerləşdirib. Bu, rejim dəyişikliyi planının bir hissəsi olub. Lakin Əhmədinejad naməlum şəraitdə gizləndiyi yeri tərk etdikdən sonra plan iflasa uğrayıb. Mənbələr iddia edir ki, İran rəsmiləri onun İsraillə gizli əlaqələrini aşkarladıqdan sonra keçmiş prezident hazırda ev dustaqlığında saxlanılır.