Hava şəraitinin kəskin dəyişməsi və güclü küləklə əlaqədar olaraq, Caz və Şərab Festivalı çərçivəsində 27, 28 və 29 aprel tarixlərinə planlaşdırılan axşam konsertləri təxirə salınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu tarixlərə olan biletlər geri qaytarılacaq. Biletləri başqa tarixlərə dəyişdirmək mümkündür.











