Bakıda 32 yaşlı şəxs qəfil vəfat edib.
Hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.
İyulun 27-si saat 14 radələrində 1994-cü il təvəllüdlü Elvin Taqarovun meyiti yaşadığı evin həyətində aşkarlanıb.
Onun ölüm səbəbinin müəyyən edilməsi məqsədilə Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.Taqarov Buzovnada tikinti materialları mağzasında işləyirmiş./qafqazinfo.az/













