İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi

İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi Kamran Yusifov bir neçə gün əvvəl DGK sədri Şahin Bağırovun əmri ilə vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, Balakən Gömrük İdarəsinin rəisi vəzifəsi müvəqqəti olaraq gömrük xidməti polkovniki Rüstəmov Elçin Ədalət oğluna həvalə edilib.

Qeyd edək ki, E.Rüstəmov DGK-nin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisidir.\\"Unikal"