TƏCİLİ! Rusiya bu ölkələrə hücuma hazırlaşır: Kritik obyektlər VURULACAQ!

TƏCİLİ! Rusiya bu ölkələrə hücuma hazırlaşır: Kritik obyektlər VURULACAQ!

Rusiya tərəfi Polşa və Baltikyanı ölkələrin ərazisində yerləşən strateji əhəmiyyətli bəndlərə, elektrik stansiyalarına və qaz anbarlarına qarşı hərbi zərbələr endirməyi planlaşdıra bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Ehtimal olunan təhlükə fonunda Litva və Latviya kritik vacib obyektlərin mühafizəsini maksimum səviyyəyə qaldırıblar. Latviya kəşfiyyatının məlumatına görə, Rusiya bundan əvvəl də xəbərdarlıq edilən oxşar ssenari üzrə – məhz Ukrayna bayrağı altında təxribat xarakterli hücumlar həyata keçirməyə hazırlaşa bilər.

Yaranmış risklər səbəbindən Litvada hərbçilər artıq Klaipedadakı LNG terminalını, neft terminalını, Polşa ilə energetika əlaqəsini və Kruonis hidroakumulyator elektrik stansiyasını gücləndirilmiş rejimdə qoruyurlar. Latviyada isə Daugava çayı üzərindəki bəndin və İnçukalns yer altı qaz anbarının təhlükəsizliyi əhəmiyyətli dərəcədə gücləndirilib.

Sara,