Mingəçevir Dövlət Universiteti (MDU) Böyük Britaniyanın nüfuzlu "Times Higher Education" (THE) təşkilatının "THE Impact Rankings 2026" reytinqində əhəmiyyətli irəliləyiş əldə edib. Universitet ötən ilki 1501+ qrupundan 1001–1500 qrupuna yüksələrək beynəlxalq mövqeyini möhkəmləndirib.
NOCOMMENT.az xəbər verir ki, universitetin ümumi nəticə göstəricisi 49.7 baldan 53.6 bala çatıb. MDU BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən 9-u üzrə Azərbaycan universitetləri arasında ilk 10-luqda yer almağı bacarıb. Xüsusilə, "Sudakı həyat" (SDG 14) üzrə ölkə universitetləri arasında 5-ci, "Məsuliyyətli istehsal və istehlak" (SDG 12) və "Qurudakı həyat" (SDG 15) üzrə 6-cı, "Təmiz su və sanitariya" (SDG 6) və "Sənayeləşmə, innovasiya və infrastruktur" (SDG 9) üzrə isə 7-ci pillədə qərarlaşıb. Qlobal miqyasda isə MDU SDG 12 və SDG 15 istiqamətləri üzrə 301–400 aralığında təmsil olunub.
Bu uğur universitetdə son illər aparılan sistemli islahatların, "yaşıl kampus" təşəbbüslərinin, habelə tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsindəki məqsədyönlü fəaliyyətin nəticəsidir. MDU rəhbərliyi bu irəliləyişin universitetin 2026–2030-cu illər üzrə strateji inkişaf hədəflərinə, o cümlədən tədqiqat yönümlü universitet modelinə keçidə, rəqəmsal transformasiya və beynəlmiləlləşmə proseslərinə yeni təkan verəcəyinə əminliyini ifadə edib.
Sara,












