Keçmiş deputatın oğluna yüksək vəzifə verildi - FOTO

Keçmiş deputatın oğluna yüksək vəzifə verildi - FOTO

“Azərsutəchizattikinti” ASC-nin Müşahidə Şurasının sədri, Milli Məclisin sabiq deputatı Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova yüksək vəzifə verilib.

NOCOMMENT.az xəbər verir ki, o, Mərkəz Regional Futbol Federasiyasının prezidenti seçilib.

Mayın 20-də federasiyanın növbədənkənar V hesabat-seçki yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüsal Mirzəcan oğlu Xəlilov növbəti 5 il müddətində sözügedən quruma rəhbərlik edəcək.

Xatırladaq ki, V.Xəlilovun atası Mirzəcan Xəlilov V çağırış (2015-2020) Milli Məclisin deputatı olub./Yeni Sabah/

Sabiq deputatın oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO