Toy karvanında ağır qəza - 9 nəfər yaralandı - bu ölkədə

Toy karvanında ağır qəza - 9 nəfər yaralandı - bu ölkədə

Türkiyənin Malatya şəhərinin Doğanşehir rayonunda toy karvanında zəncirvari qəza baş verib və 9 nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Daxil olan məlumat əsasında bölgəyə tibb, jandarm və yanğınsöndürmə qrupları göndərilib. Yaralılardan yeddisi təcili yardım maşınları ilə Doğanşehir Dövlət Xəstəxanasına aparılıb:

"İki yaralı isə Malatya Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib".

Qəza ilə bağlı araşdırmaya başlanılıb.