Məşhur rusiyalı müğənni Alla Puqaçova Kiyevdə çıxış etməyə hazır olduğunu bəyan edib.
Kult.az xəbər verir ki, bu barədə "Abzas" nəşri məlumat yayıb.
“Əlbəttə, buyurun. Dəvət edin, birlikdə oxuyaq”, – o, ukraynalı jurnalistlərin sualını cavablandırarkən bildirib.
Şoumen Maksim Qalkindən isə Kiyevə səfər etməyi planlaşdırıb-planlaşdırmadığı soruşulduqda, o, çaşqınlıq yaşayıb və bu sualı qəribə adlandırıb.
Qeyd edək ki, rusiyalı məşhur müğənni Alla Puqaçova və şoumen Maksim Qalkin Yurmala şəhərində “Laima Rendezvous Jūrmala” musiqi festivalına qatılıblar.











