Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti növbəti satınalmasını reallaşdırıb.
NOCOMMENT.az xəbər verir ki, qurum (4 ədəd) Hawal Tank 300 və 4 ədəd GWM poer markalı nəqliyyat vasitələrinə servis xidmətinin satınalınması məqsədi ilə birbaşa hərəkətə keçib.
Qanunvericiliyin "Bir mənbədən" satınalma metoduna uyğun olaraq, "Azerbaijan Automobiles" Qapalı Səhmdar Cəmiyyəti ilə satınalma sazişi əldə edilib.
Bu servis müqaviləsinin ümumi məbləği isə 17.093 AZN təşkil edir./32gun.az/












