Millimiz İslandiya və Fransa ilə bu stadionlarda oynayacaq

Millimiz İslandiya və Fransa ilə bu stadionlarda oynayacaq

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

NOCOMMENT.az bildirir ki, AFFA-dan verilən məlumata görə, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da, Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

Hər iki matç saat 21:00-da başlanacaq.