İyunun 6-sı saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə NOCOMMENT.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bildirilib ki, Gəncə, Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Tovuz, Şəmkir, Daşkəsən, Qusarda (Laza) arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır.
Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.











