"Kaş bütün xanımlar mənim kimi gözəl və təbi qalsın"

"Kaş bütün xanımlar mənim kimi gözəl və təbi qalsın"

"İstəyirəm məni olduğum kimi qəbul etsinlər. Xasiyyət, səs eyni olaraq qalıb. Mənim daxilimdəki uşaqlıq da qalıb. Mənim dəyişməyə ehtiyacım yoxdur. Heç vaxt plastik əməliyyat etmərəm. Qızlar, xanımlar elə mənim kimi qalsın, təbii və gözəl. Əndazəni aşmasınlar. Mənim stilim də romantikdir".

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi "Günə uğurla" proqramında deyib. Müğənni heç vaxt görünüşünü dəyişməməsindən danışıb. O bildirib ki, plastik əməliyyatlara qarşıdır:

"Yaşla deyil ki, görünüşdür əsas. 1953-cü ildənəm. Əsas görünüşdür. Həmişə cavan Ruhəngizəm".

Yenidən filmə çəkilmə təklifi alan ifaçı "1973-cü ildə doğulmuşam. Yaşımı gizlətmirəm. Mənim çimərlik geyimində filmə çəkilməyim hələ də danışılır. Cavan, incə qız idim. Orada nə yaşım var idi ki... İllərdir heç dənizə getmirəm. İndi təklif gəlir. Amma elə qoy, insanlar məni "Baladadaşın ilk məhbətti" filmindəki kimi xatırlasın" sözlərini deyib./Axşam.az/