Avropada yeni temperatur rekordu qeydə alınıb: "Qoca qitə" RİSKLƏ ÜZ-ÜZƏ

Avropada yeni temperatur rekordu qeydə alınıb: "Qoca qitə" RİSKLƏ ÜZ-ÜZƏ

İyun ayı ərzində Qərbi Avropada havanın hərarəti ən yüksək həddə çataraq 20.74 dərəcə Selsi təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, bu faktı Avropanın "Copernicus" iqlim xidmətinin hesabatları da təsdiqləyir.

2026-cı ilin iyun ayında qeydə alınan hərarət 1991-2020-ci illər üzrə olan orta normanı üç dərəcə qabaqlayıb. Bununla da ötən ilin rekord göstəricisi yenilənib.

İqlimşünaslar qeyd edirlər ki, Avropa qitəsi dünyanın digər bölgələrinə nisbətən daha sürətli isinməyə məruz qalır. Sözügedən ərazidə istiləşmə sürəti qlobal orta göstəricini təqribən iki dəfə üstələyir. Yerli infrastruktur, o cümlədən yaşayış binaları, məktəblər və ofislər bu cür kəskin istilərə uyğunlaşdırılmadığı üçün, yerli sakinlər hava şəraitindən daha çox əziyyət çəkirlər.

Qeyd etmək lazımdır ki, anomal istilər Avropada minlərlə insanın səhhətinə mənfi təsir göstərib. Daha çox risk qrupunda olan təqaüdçülər zərər görüb və tibbi yardıma müraciət edənlərin əsas hissəsini təşkil ediblər. Temperaturun pik həddə çatdığı dövrdə qitədə ümumilikdə 1 300 insanın həyatını itirdiyi bildirilir. Eyni zamanda, isti hava dalğasının Avropaya təkrar qayıtma riski hələ də qalmaqdadır.\\oxu.az