Danimarka şahzadəsi orduda xidmətə BAŞLADI

Danimarka şahzadəsi orduda xidmətə BAŞLADI

Danimarka şahzadəsi İzabella orduda xidmət keçməyə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Danimarkanın "BT" qəzeti məlumat yayıb.

"Şahzadə İzabella bazar ertəsi Slagelsedəki Antvorskov kazarmasına gəlib və burada qusar qvardiya alayında 11 aylıq hərbi xidmət keçəcək", — deyə materialda bildirilir.

Nəşr əlavə edib ki, İzabella 8,3 min kron məbləğində yaşayış müavinətindən və 9 min kron məbləğində maaşdan imtina edib. Şahzadə beş ay davam edən ilkin hazırlıq kursu keçəcək, bundan sonra isə altı ay müddətində döyüş və praktiki fəaliyyət mərhələsinə keçəcək.

Jurnalistlər qeyd ediblər ki, əvvəllər qusar qvardiya alayında şahzadənin böyük qardaşı, vəliəhd şahzadə Kristian da xidmət edib.