Melaniya Arutyunyan Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni mətbuat katibi təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Paşinyan özü açıqlamasında bildirib.
“Xanım Nazeli Baqdasaryan baş nazirin mətbuat katibi vəzifəsini başa vurur”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, 26 yaşlı Melaniya Arutyunyan hakim Mülki Müqavilə Partiyasının gənclər təşkilatının idarə heyətinin katibidir və partiyanın parlament seçkiləri kampaniyasında fəal iştirak edib.












