Qaxda yüzlərlə insanın qatıldığı qədim “Kürmükoba” ayini – İnanılmaz görüntülər / FOTOLAR

Qaxda yüzlərlə insanın qatıldığı qədim “Kürmükoba” ayini – İnanılmaz görüntülər / FOTOLAR

Qax rayonunda “Kürmükoba” bayramı qeyd edilib

NOCOMMENT. az-ın bölgə müxbiri xəbər verir ki, ildə iki dəfə may və noyabr aylarında keçirilən bayramı qeyd etmək üçün yüzlərlə müsəlmanlar və xristianlar Kürmük məbədini ziyarət ediblər.

Hazırda da qədim mərasim ayini olan “Kürmükoba” bayramına ətraf bölgələrdən müxtəlif dinlərdən olan yüzlərlə insan axışır. Xalq öz tarixi yaddaşına sadiq qalaraq Kürmükoba bayramında Aya, Günəşə, təbiətə sitayişin izlərini daşıyan qədim ayinlər icra edir, ağaclara əski parçaları bağlayıb, qaya daşların üstündə şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər ki, bu da dinlərin sinkretizminin bir əlamətidir.

“Kürmükoba” bayramını qeyd edənlər gün ərzində Kürmük məbədinə qədər olan məsafəni qətt edərək məbədi ziyarət ediblər.