Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində qeyd edilib.
İlk Qədr gecəsinin vaxtı
Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 8-dən 9-una keçən gecəyə təsadüf edəcək.
Digər Qədr gecələrinin tarixləri
Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (10 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (12 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (16 mart) Qədr gecələri olacaq.
Ramazan ayının başlama və bitmə tarixi
Qeyd edək ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayacaq. Şəvval ayının 1-2-si, yəni martın 20-21-də Ramazan (Fitr) bayramı olacaq.












