Qubada selin fəsadları əhalinin gününü qaraldıb: "Ərzağı atla daşıyırıq" - VİDEO

Qubada selin fəsadları əhalinin gününü qaraldıb: "Ərzağı atla daşıyırıq" - VİDEO

Ötən ilin aprel ayında yağan leysan xarakterli yağışların və Şabrançaya gələn selin Quba rayonunda törətdiyi fəsadlar hələ də davam edir.

NOCOMMENT.az xəbər verir ki, rayonun Çayqışlaq kəndində körpü yararsız vəziyyətə düşüb, kəndin bir hissəsi ilə nəqliyyat əlaqəsi çətinləşib.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyəti qurumlardan kömək istəyirlər.

"Xəstələrimiz var, təcili yardım gəlir, amma çaydan keçə bilmir. Ərzağı belə at arabası ilə daşıyırıq", - deyə sakinlərdən biri bildirib.