İşğaldan azad edilmiş Qubadlı rayonu ərazisində hazırda əlverişsiz hava şəraiti müşahidə olunur. Bölgədən verilən məlumatlara görə, rayona güclü dolu yağmağa başlayıb.
NOCOMMENT.az xəbər verir ki, qəfil başlayan təbiət hadisəsi intensiv xarakter daşıyır və dənəciklərin ölçüsü ərazidəki infrastruktura, həmçinin şəxsi təsərrüfatlara ziyan vurma təhlükəsi yaradıb.












