Rusiyanın Zaporojyeyə dəhşətli zərbəsi - Ölən var

Rusiyanın Zaporojyeyə dəhşətli zərbəsi - Ölən var

Rusiya ordusu Zaporojye şəhərinə idarəolunan aviasiya bombaları (KAB) ilə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov idarəolunan aviasiya bombalarının vilayət mərkəzinin yaşayış məhəllələrinə düşdüyünü bildirib. Hücum nəticəsində 1 nəfər həlak olub, daha 1 nəfər isə yaralanıb.

Fedorov qeyd edib ki, zərbələr nəticəsində yaşayış və qeyri-yaşayış binalarına ziyan dəyib, eləcə də ərazidə yanğınlar baş verib.