Nazirlik 38 milyonluq noutbuk alır

Nazirlik 38 milyonluq noutbuk alır

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi noutbukların satınalınması ilə bağlı müvafiq hazırlıqlara başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az nazirlikdən məlumat əldə edib.

Belə ki, ümumilikdə 28 min 150 noutbukun alqı-satqısı nəzərdə tutulub.

Sözügedən alqı-satqıya sərf olunacaq vəsaitin 38,7 milyon manat olacağı proqnozlaşdırılıb.