Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında məhdudiyyət olacaq.
NOCOMMENT.az xəbər verir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavodu ərazisinin bir hissəsi, 19-cu məhəllə, Katec ərazisi, eləcə də 20-ci və 18-ci məhəllələrin bir hissəsində 108 mm-lik orta təzyiqli qaz xəttində aşkarlanan sızmaların aradan qaldırılması məqsədilə qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət bu gün saat 11:00-dan etibarən tətbiq olunacaq.
Təmir işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.












