Sumqayıtda fərdi yaşayış evində kişi meyiti tapılıb.
Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. İnşaatçılar qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1985-ci il təvəllüdlü Elşən Məmmədovun cansız bədəni tapılıb.
NOCOMMENT.az xəbər verir ki, onun meyitini yaşadığı ünvanda qonşusu aşkar edib və dərhal aidiyyəti qurumlara xəbər verib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitə ilkin baxış keçirilib və ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.
Sara,
NOCOMMENT.az












