Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusu aşması səbəbilə xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
“Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, - deyə əlavə edilib.










