Macarıstanın baş naziri Peter Madyar sələfi Viktor Orbanın qanunla ona çatmalı olan 100 min avrodan çox birdəfəlik işdənçıxma müavinətini ala bilməyəcəyini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, hökumət rəhbərinin sözlərinə görə, əvvəlki kabinet tərəfindən qəbul edilmiş qanuna əsasən, son 16 il ərzində baş nazir vəzifəsini icra edən Orbana 107 min avro məbləğində işdənçıxma müavinəti verilməli idi.
Peter Madyar bildirib ki, Viktor Orban hökumətində təmsil olunan məmurların müavinətləri Transkarpatiyada (Zakarpatye) uşaqlarla bağlı fəaliyyət göstərən xüsusi fonda köçürüləcək.
Baş nazir nazirlərə veriləcək ümumi ödənişlərin təxminən 350 milyon forint, nazir müavinləri ilə birlikdə isə ümumilikdə 1 milyard forintə yaxın (təxminən 3.0–3.2 milyon dollar) vəsait təşkil etdiyini də dəqiqləşdirib.
Sara,
NOCOMMENT.az












