Bakıda təhsil mərkəzində ciddi qalmaqal yaşanıb. “Pilgrim Education” Beynəlxalq Təhsil Mərkəzindən şikayətçi olan tələbələr mərkəzdə narazılıqlarını bildiriblər.
NOCOMMENT.az xəbər verir ki, "Baku Tv"nin lentə aldığı görüntülərdə tələbələrdən birinin mərkəz əməkdaşına etiraz edərək "Oturmuram, hani məndən aldığın 7 minin çeki?!" sözləri ilə tələb irəli sürdüyü əks olunub.
Şikayətçilər ödəniş etdiklərinə baxmayaraq ortada heç bir nəticənin olmadığını, üstəlik onlardan təkrar ödəniş tələb olunduğunu bildiriblər. Mərkəzin nümayəndələri və mühafizəçiləri isə tələbələrin narazılıqla bağlı müraciət etdiklərini, məsələnin araşdırıldığını qeyd ediblər.
Baş verən insidentlə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, vətəndaşların müraciətləri əsasında həmin şirkətin fəaliyyəti ilə bağlı müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymətləndirmə veriləcək.
Sara,
NOCOMMENT.az









