Putindən ŞOK KADR TƏYİNATI: Bütün arxa cəbhə xidmətləri bir əldə cəmləşdirildi

Putindən ŞOK KADR TƏYİNATI: Bütün arxa cəbhə xidmətləri bir əldə cəmləşdirildi

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirdiyi görüşdə hərbi rəhbərlikdə mühüm dəyişikliklər edildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, dövlət başçısının qərarı ilə ölkənin bütün arxa cəbhə xidmətləri artıq bir əldə cəmləşdirilib. Məlumata görə, bu struktura general-polkovnik Valeri Solodçuk rəhbərlik edəcək. Rusiya lideri görüş zamanı onu Silahlı Qüvvələrin ən istedadlı komandirlərindən biri adlandırıb. Putinin digər qərarları ilə Rusiya Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qoşunlarına general-leytenant Denis Lyamin başçılıq edəcək. Hərbi əməliyyatlar zonasındakı "Mərkəz" qruplaşmasına general-polkovnik Andrey Ivanayev, "Vostok" (Şərq) qruplaşmasına isə general-leytenant Pyotr Bulqarev rəhbər təyin olunublar.