Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulunu ödəyib

Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulunu ödəyib

İmişli Peşə Məktəbi elektrik enerjisindən istifadəyə görə yaranan borcların ödənilməsi məqsədilə növbəti satınalmasını reallaşdırıb. Təhsil müəssisəsi elektrik enerjisi xidmətinin haqqının ödənilməsi üçün "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ilə rəsmi müqavilə bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, tərəflər arasında razılaşdırılan müqavilənin ümumi məbləği 3.000 AZN təşkil edir.

Mətbuatda gedən iddialara görə, İmişli Peşə Məktəbinin direktoru Qalib Mirzəyev müəssisədə təhsil alan bəzi tələbələrin təqaüd kartlarını özündə saxlayaraq bankomatdan çıxarılan vəsaitləri mənimsəməkdə ittiham olunub. Yayılan xəbərlərdə maddi itkiyə məruz qalan və haqqını tələb edən tələbələrin məsələnin böyüməməsi üçün direktor tərəfindən təhsil müəssisəsindən uzaqlaşdırıldığı iddia edilir./32gun.az/