"TikTok" 3 ay ərzində Azərbaycanda 590 min videonu silib

"TikTok" 3 ay ərzində Azərbaycanda 590 min videonu silib

TikTok 2026-cı ilin birinci rübü üzrə “İcma Qaydalarının tətbiqi haqqında” hesabatını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, hesabata əsasən, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda:

İcma Qaydalarınınn pozulmasına görə 590 mindən çox video silinib;

Silinən videoların 99,4%-i platforma tərəfindən proaktiv şəkildə, yəni istifadəçi şikayəti daxil olmadan aşkarlanaraq aradan qaldırılıb;

İcma Qaydalarına uyğun olmayan videoların 95,7%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.

Eyni dövr ərzində TikTok qlobal miqyasda:

İcma Qaydalarını pozan 184 milyondan çox videonu silib;

Qayda pozuntularının 99,3%-i istifadəçi şikayəti daxil olmadan aşkarlanıb;

Bu cür kontentin 94,4%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.

2025-ci il ərzində isə TikTok Azərbaycanda İcma Qaydalarının pozulması səbəbindən 3,6 milyondan çox videonu platformadan silib.