ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hərbi hədəflərə qarşı yeni və silsilə zərbələr endirildiyini açıqlayıb. Yüksək dəqiqlikli silahlardan istifadə edilməklə ölkənin bir neçə bölgəsində onlarla hərbi obyekt sıradan çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, CENTCOM-un bəyanatına görə, əməliyyat zamanı İranın hava hücumundan müdafiə (HHM) sistemləri, sahil radar stansiyaları, raket və PUA kompleksləri, eləcə də SEPAH-a məxsus kiçik hərbi katerlər hədəfə alınıb.
Bu əməliyyatda ilk dəfə olaraq yeni bir format tətbiq edilib: ABŞ-ın döyüş təyyarələri, Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər və hava-dəniz bazalı zərbə dronları eyni anda koordinasiyalı şəkildə fəaliyyət göstərib. Hərbi ekspertlər bu zərbələrin İranın Hörmüz boğazında gəmiçiliyə maneə törətmək cəhdlərinə qarşı ən güclü cavab tədbirlərindən biri olduğunu vurğulayırlar.
Tunar,
NOCOMMENT.az












