"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin İstismar xidmətinin rəis müavini Vaqif Əsgərov bu işindən ayrılıb.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb. Əmrə əsasən, V.Əsgərov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

O, 2024-cü ildən bu postda çalışırdı. Daha əvvəl - 2023-2024-cü illərdə isə Xidmət keyfiyyətinin ölçülməsi şöbəsinin rəisi vəzifəsində işləyib.
Qeyd edək ki, V.Əsgərov STP Şirkətlər Qrupunda məsul vəzifəyə təyinat alıb. Məlumata görə o, adıçəkilən qurumda departament rəisi vəzifəsinə təyin edilib.
Faktı ADY-dən təsdiqləyiblər.
Bildirilib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin İstismar xidmətinin rəis müavini Vaqif Əsgərov yeni karyera mərhələsinə başlamaq üçün öz istəyi ilə işdən ayrılıb./Oxu.az/











