Can Tomay narkotikə görə saxlanıldı

Can Tomay narkotikə görə saxlanıldı

Türkiyədə sosial media fenomeni və aktyor Mesut Can Tomay narkotik qaçaqmalçılığı ittihamı ilə saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Tomayla yanaşı daha iki şübhəli də polis tərəfindən saxlanılıb. Rəsmi qurumlar hələlik əməliyyatın təfərrüatları və irəli sürülən ittihamlarla bağlı geniş açıqlama verməyiblər.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Mesut Can Tomay aktyorluq fəaliyyətinə uşaq yaşlarında başlayıb. O, "Türkün Uzaydakı Sınaqları", "Kördüğüm", "İkinci Şans" və "Maide'nin Altın Günü" kimi layihələrdə rol alıb. Tomay son illərdə isə Ali Biçimlə birlikdə hazırladığı YouTube layihələri və rəqəmsal platformalarda yayımlanan proqramlarla geniş tanınıb.\\milli.az