Viləşçayda suyun səviyyəsi 2 metrə qədər artıb.
Viləşçaydan güclü sel keçir.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, ötən gün axşam saatlarında Cənub rayonlarına yağan intensiv yağışlardan sonra Viləşçayda suyun səviyyəsi kəskin artıb. Hazırda çaydan güclü sel keçir və suyun səviyyəsi təxminən 2 metrə qədər yüksəlib. Məlumata görə, Viləşçay Su Anbarında da dolma müşahidə olunduğundan qəza çıxışları vasitəsilə suyun ötürülməsinə başlanılıb.
Hazırda çay sahilinə yaxın ərazilərdə yaşayan sakinlərə ehtiyatlı olmaları, sel təhlükəsi olan ərazilərdən uzaq durmaları tövsiyə edilir.
Sara,
NOCOMMENT.az












