Türkiyədə azərbaycanlı qadın belə saxlanıldı - ANBAAN VİDEO

Türkiyədə azərbaycanlı qadın belə saxlanıldı - ANBAAN VİDEO

Türkiyənin Çanaqqala şəhərində evlilik vədi ilə bir şəxsi 800 min türk lirəsi məbləğində aldatdığı iddia edilən Azərbaycan vətəndaşı saxlanılıb.

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çanaqqala Vilayət Polis İdarəsinin Asayiş Şöbəsi və Baş Prokurorluğun koordinasiyası ilə aparılan araşdırma zamanı özünü L.A. kimi təqdim edən şəxsin əslində Azərbaycan vətəndaşı M.H. olduğu müəyyən edilib.

İddialara görə, M.H. R.Y. adlı şəxslə evlilik vədi verərək ondan 800 min türk lirəsi alıb. Hadisə Türkiyədə yayımlanan televiziya proqramlarından birinin mövzusu olduqdan sonra polis araşdırmalara başlayıb.

Araşdırma nəticəsində M.H. ölkədən qaçmağa cəhd göstərərkən saxlanılıb. Hadisədə vasitəçi kimi iştirak etdiyi iddia edilən K.T. isə Çanaqqalanın Lapseki rayonunda polis əməkdaşları tərəfindən tutulub.

Polisdə ifadələri alınan hər iki şübhəli daha sonra məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə M.H. və K.T. barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

SARA
NOCOMMENT.az