Çexiyada bir günlük matəm elan edildibackend

Çexiyada bir günlük matəm elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyada universitetdə atışma nəticəsində çoxsaylı itkilərlə əlaqədar ölkədə bir günlük matəm elan edilib.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabinetinin xüsusi iclasından sonra bu barədə ölkə prezidenti Petr Pavel bildirib.

Onun sözlərinə görə, dekabrın 23-ü ölkədə matəm elan olunub, bununla əlaqədar rəsmi binalarda bayraqlar yarıya qədər endiriləcək və günorta saatlarında hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Xatırladaq ki, dekabrın 21-də Praqada Çarlz Universitetinin Fəlsəfə fakültəsində atışma olub. Polis rəisi Martin Vondrasek atışmadan sonra jurnalistlərə bildirib ki, hadisə nəticəsində 14 nəfər həlak olub, 25 yaralı var və onlardan 10-nun vəziyyəti ağırdır.