Ceyhun Bayramov üçtərəfli görüş üçün Pakistana gedirbackend

Ceyhun Bayramov üçtərəfli görüş üçün Pakistana gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşəcək.

NOCOMMENT xəbər verir ki, u barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində 13 yanvarda Azərbaycan, Türkiyə və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

Yanvarın 14-də isə Ceyhun Bayramovun Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.