Çin Krıma hücumları müzakirə etmək əvəzinə Ukrayna ilə bağlı sülh dialoqu təklif edibbackend

Çin Krıma hücumları müzakirə etmək əvəzinə Ukrayna ilə bağlı sülh dialoqu təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyi Almaniyanı Krım körpüsünə hücumları düşünmək əvəzinə Ukraynadakı silahlı münaqişənin siyasi həlli prosesinə birgə başlamağa dəvət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqdə bildirib.

Onun sözlərinə görə, Pekin ümid edir ki, bütün tərəflər hərbi eskalasiyanı azaltmağa kömək edəcək və yalnız Ukrayna böhranının siyasi həllinə müsbət təsir edəcək addımlar atacaq.

Belə ki, diplomat yüksək rütbəli alman zabitlərinin Krım körpüsünə mümkün hücumların müzakirəsi ilə bağlı məlumatı şərh edib. Mao Nin vurğulayıb ki, Çin Ukrayna məsələsində öz mövqeyini açıq şəkildə ifadə edib və bu, dəyişməz qalıb.