Çində mədən faciəsi: Ölən və itkin düşən işçilər varbackend

Çində mədən faciəsi: Ölən və itkin düşən işçilər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Henan əyalətində kömür mədənində partlayış baş verib. Qazın səbəb olduğu ehtimal edilən partlayışda 10 nəfər həyatını itirib, 6 işçi itkin düşüb.

NOCOMMENT xəbər verir ki, ötən gün günorta saatlarında Çinin Henan əyalətində Tienan Coal Enterprise-ə məxsus şaxtada qaz partlayışı baş verib.

Partlayış zamanı mədəndə olan 425 işçidən 10-nun həyatını itirdiyi, 6 işçinin isə itkin düşdüyü bildirilib. Digər işçilər şaxtadan sağ-salamat çıxarılsa da, itkin düşənlər üçün xilasetmə işləri davam edir.

Son illərdə artan yoxlamalarla onların sayı azalsa da, infrastrukturun köhnə olduğu və təhlükəsizlik qaydalarının qeyri-kafi olduğu Çində kömür mədənlərində qəzalar tez-tez baş verir.