Conson Ukraynaya yardım göstərəcəyinə söz veribbackend

Conson Ukraynaya yardım göstərəcəyinə söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nümayəndələr Palatasının spikeri Mayk Conson İranın İsrail ərazisinə zərbə endirməsi fonunda bildirib ki, ABŞ Ukrayna və yəhudi dövlətinə yardım göstərmək üçün qanun layihəsinin qəbuluna nail olmaq üçün lazımi səyləri göstərəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

O, Respublikaçılar Partiyasının İsraili dəstəkləməyin vacibliyini anladığını vurğulayıb.

“Bu paketin son təfərrüatları hazırda işlənir. Biz bütün variantları və onların həyata keçirilməsi ilə bağlı əlavə suallara baxırıq və bu həftə paketi yenidən nəzərdən keçirməyə çalışacağıq”,- deyə Conson bildirib.

Bundan əvvəl Amerika prezidenti Co Bayden ABŞ Konqresinin partiya liderləri ilə İsrailə yeni yardım barədə razılığa gəlməyin zəruriliyini müzakirə edib.