Danimarka Argentinaya F-16 qırıcıları satacaqbackend

Danimarka Argentinaya F-16 qırıcıları satacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və onun argentinalı həmkarı Luis Petri Buenos-Ayresdə Danimarka F-16 qırıcılarının Argentinaya satışına dair niyyət sazişi imzalayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Krallığın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Argentinaya qırıcı təyyarələrin satılması qərarı ABŞ-da istehsal olunan F-16-ların satışına icazə verən ABŞ hökuməti ilə razılaşdırılıb, departamentin press-relizində izah olunub.

“Danimarka aviasiyası yeni nəslə keçir, ona görə də bizim F-16-larımız tədricən F-35-lərlə əvəzlənir. Danimarka Ukraynaya 19 F-16 təhvil verəcək, həmçinin Danimarka 24 F-16 qırıcısını Argentinaya satmaq qərarına gəlib”, – deyə Lund Poulsen bildirib.

Yekun müqavilə daha sonra Danimarkada imzalanacaq. Yaxın illərdə Argentinaya təxminən 2,1 milyard kron (305 milyon dollar) dəyərində 24 ədəd F-16-nın təhvil verilməsi planlaşdırılır. Təyyarələrlə yanaşı, mühərriklər, ehtiyat hissələri, trenajorlar və təlim avadanlıqları da tədarük ediləcək.