Danimarka hərbi xərcləri artıracaqbackend

Danimarka hərbi xərcləri artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkada hökumət hərbi obyektlərin modernləşdirilməsi, köhnə və zədələnmiş binaların təmiri, qoşunların sayının artırılması və köhnə kompüter sistemlərinin yenilənməsi üçün hərbi xərcləri artıracağını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, hökumət rəsmiləri 10 il ərzində 38 milyard kron (5,6 milyard dollar) xərclənəcəyini, bunun 11 milyard kronunun (1,62 milyard dollar) yeni investisiyalar üçün istifadə edilməli olduğunu bildirib.

Müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen əvvəlki hökumətlərin və yüksək səviyyəli müdafiə rəsmilərinin hərbi obyektlərə üstünlük vermədiyini, vəziyyəti “çox ciddi” kimi xarakterizə edərək, vəziyyətə görə hər kəsi məsuliyyət daşıdığını bildirib.

NOCOMMENT.AZ