Danimarkada növbəti “Qurani-Kərim” təxribatıbackend

Danimarkada növbəti “Qurani-Kərim” təxribatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada Qurani-Kərimin yandırılması təxribatı davam edir.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin İsveç və Danimarkadakı səfirliyi qarşısında ifrat sağçı Paludanın təxribatından sonra şəxsiyyəti hələ müəyyən edilməyən bir şəxs bu dəfə Danimarkada Rusiya səfirliyi qarşısında Quranı yandırıb.

Rusiyanın Kopenhagendəki səfirliyinin sosial media hesabından edilən açıqlamada Kopenhagendə səfirliyin önündə müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin yandırılıldığı aksiyanın təşkil olunduğu bildirilib.

Danimarka səlahiyyətlilərinin dindarların hisslərini açıq şəkildə ələ salan hərəkətlərə göz yumduğu qeyd edilən açıqlamada “Bu hərəkətlər ifadə azadlığının və demokratiyanın təzahürü deyil, dinlərarası nifrət və sivilizasiyalar arasında qarşıdurmanı qızışdırmağa hesablanmış kobud və nadan bir təxribatdır” deyə qeyd olunub.