Politoloq Asif Nərimanlı hesab edir ki, proseslər yeni hərbi toqquşmanı şərtləndirir.
NOCOMMENT xəbər verir ki, politoloq fesybuk hesabında bu şərtləri sayıb:
– Sərhəddə və Qarabağda davamlı təxribatlar törədilir;
– Ermənistan ehtiyatda olan qüvvələri üç aylıq təlimlərə cəlb edir;
– Azərbaycan Gorus-Qafan yolunu bağlayaraq, ata biləcəyi addımları göstərdi:
– Separatçı-terrorçular əsgərimizi Ağdərədə saxlayıb;
– Xankəndidəki separatçı rejimin yeni hərbi toqquşmaya hazırlaşdığı haqda məlumatlar var;
Baş verənlər sentyabrın ilk həftəsinin maraqlı olacağı ehtimalını önə çıxarır.