Deputat koronavirusa yoluxdubackend

Deputat koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vəziyyətim yaxşı deyil”.

NOCOMMENT xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev özünün feysbuk səhifəsində yazıb: “Nəzərinizə çatdırıram ki, keçən həftədən kovidə yoluxmuşan. Xeyli zənglər gəlir və telefonu da söndürmək istəmirəm.

Çünki müalicə ilə bağlı zənglər də olur, təxirəsalınmaz köməyə ehtiyacı olanlarla da danışmalı oluram. Amma çox çətindir belə. Hərçənd ki, özüm yaxşı vəziyyətdə deyiləm.

Bunun üçün də xahiş edirəm ki, şikayətlərlə, məktublarla, müsahibə və açıqlamalarla bağlı köməkçilərim Vuqar Suleymanov, Ehtiram Mehdiyev və partiyanın mətbuat xidməti Vüsal Qarayevlə əlaqə yaradın.

Anlayışınız üçün təşəkkür edirəm. Ümid edirəm ki, gələn həftədən iş rejimimi bərpa edə biləcəm”.