Deputatdan əhaliyə MÜRACİƏT: Düşməni sevindirməyinbackend

Deputatdan əhaliyə MÜRACİƏT: Düşməni sevindirməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad olunmuş ərazilərə gedən və orada minaya düşən hər bir Azərbaycan vətəndaşı əslində düşməni sevindirir”.

NOCOMMENT.az xəbər verir ki, nunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib.

Millət vəkili bildirib ki, indi heç bir halda işğaldan azad olunmuş minalı ərazilərə getmək olmaz, bu, insanlarımızın həyatı üçün olduqca təhlükəlidir: “Ermənilər öz aləmlərində minalarla hələ də müharibəni davam etdirdiklərini düşünürlər.Yəni hər bir azərbaycanlının qətli onlar üçün böyük bir sevincdir. Vətəndaşlarımıza çağırış edirəm ki, onları sevindirməyin.Təhlükəli zonalara getməyin. Hər bir Azərbaycanlının həyatı bizim üçün çox mühümdür. Ermənilər üçünsə bir daha qeyd edirəm, vətəndaşlarımızın minaya düşərək həlak olması sevinc mənbəyidir.Gəlin, ermənilərə bu sevinci yaşatmayaq!”